Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2020

Liberman: Nəsrullah dediyi sözə əməl edir

Sionist rejimin sabiq müharibə naziri və xarici işlər naziri Aviqdor Liberman İsrailin Livanla sərhəd məntəqəsinin iflic vəziyyətinə düşdüyünü deyib.

“Əl-Məyadin” telekanalının verdiyi xəbərə görə, hazırda “İsrail Bizim Evimiz” partiyasının sədri A. Liberman deyib: “Nəsrullah sübut etmişdir ki, dediyi sözə əməl edir; göz qarşısında göz, diş qarşısında diş.”
O əlavə edib: “Hizbullah qüvvələrindən biri Dəməşqə həlak olub və buna görə şimal məntəqəsi tamamilə iflic olub.”

Ötən həftə sionist rejimə aid qırıcılar Suriyada terrorçularla mübarizə aparan müqavimət qüvvələrinin mövqelərinə hücum edib və nəticədə Hizbullah Hərəkatı üzvlərindən biri şəhid olub. Hizbullah buna görə intiqam alacağını deyib.

Qeyd edək ki, dünən (bazar ertəsi) KİV-lər Livan və işğal edilmiş Fələstin əraziləri sərhədində toqquşma baş verdiyini xəbər verdilər. Lakin Hizbullah bəyanat yayaraq onlar tərəfindən heç bir hərəkətin baş vermədiyini və intiqam alınacağını vurğuladı.


156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP