Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2020

Türkiyə Suriyada dinc əhalini qanına boyadı

Mərkəzi İngiltərədə yerləşən Suriya müxalifətinə aid “İnsan Haqları Təşkilatı” xəbər verib ki, bu gün (çərşənbə axşamı) Suriyaya soxulmuş Türkiyə qüvvələri artilleriya və mərmilər vasitəsilə Mənbec şəhəri ətrafında dinc əhalinin evlərini atəşə tutub. 

Müxalifətə aid təşkilat bildirib ki, Türkiyə işğalçıları Şeyx Nasir, Qərt Viran kəndlərini hədəfə alıb.
Təşkilatın hesabatına görə, bu hücumda aralarında bir neçə uşaq da olmaqla 6 dinc sakin həllak olub və digər 6 qadın və uşaq yaralanıb.

Verilən xəbərə əsasən, Türkiyə qüvvələri hələ də adıçəkilən kəndlərə hücumu davam etdirir.
Bazar günü də Türkiyənin işğal etdiyi Rəsul-Eyn şəhərində bomba partlaması nəticəsində 8 nəfər həlak olub və 19 nəfər yaralanıb.


173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP