Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2020

Doktor Üsuli: Paşinyan bu hərəkəti ilə daxili tənqidləri azaltmaq istədi

Mühəqqiq Ərdəbili Universitetinin müəllimi: “Ermənistanın Azərbaycan mövqelərinə son hücumunun səbəbi daxili tənqidlərdən qaçmaq üçün idi.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Avrasiya məsələləri üzrə tədqiqatçı və Mühəqqiq Ərdəbili Universitetinin müəllimi Qasim Üsuli “Tovuz döyüşlərinə diqqət etməklə, Qafqaz hadisələrinin araşdırılması haqda dəyirmi masa”da Azərbaycan və Ermənistan sərhədində baş verən son döyüşlərə işarə edərək məntəqənin coğrafi meyarlarına diqqət etməyin zəruriliyini vurğulayıb və hərbi əməliyyatın Ermənistan tərəfindən başlandığını daha ağlabatan hesab edib.

Üsuli əlavə edib: “Əgər bu qarşıdurmada hansı ölkənin fayda götürməsini bilmək istəsək, şübhəsiz, Ermənistan daha çox faydalanmışdır. Bu məsələ Ermənistanda son bir neçə ayda baş verən hadisələrə qayıdır. Paşinyan hökuməti koronaya qarşı siyasətlərinə görə tənqidlərlə üzləşib. Çünki onun yürütdüyü siyasət tamamilə qısamüddətli olub və o qədər də dərinliyə malik olmayıb. Digər tərəfdən onun icrasında gecikib. Paşinyan bu hərəkəti ilə daxili tənqidləri azaltmaq istədi. Həqiqətdə Ermənistanın Azərbaycan mövqelərinə son hücumu daxili tənqidlərdən qaçmaq üçün baş tutmuşdur.”

Avrasiya məsələləri üzrə tədqiqatçı bu döyüşün xüsusiyyətlərini 2016-cı il döyüşü ilə müqayisə edərək deyib: “Bu döyüşün enerji nəqli yollarına yaxın olmasına baxmayaraq, onun fərqli cəhətləri kiber hücumları və PUA-lardan istifadə edilməsində olmuşdur.

Düzdür, bu istifadələr 2016-cı il döyüşlərində də həyata keçmişdir, lakin son döyüşlərdə daha geniş şəkildə onlardan istifadə edildi. Bu məsələ sübut edir ki, ənənəvi və klassik döyüş metodundan modern döyüş modelinə keçilir. Təbii ki, gələn illərdə bu kimi hadisələr baş versə, onun nəticələri daha geniş olacaq.”


174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP