Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2020

Aran radiosunun direktoru: Paşinyan Azərbaycan hərbi qüvvələrinə hücum etməklə daxili siyasi təzyiqləri azaltmaq istəyirdi

Ermənistanın daxilində mövcud olan işsizlik və iqtisadi problemlər səbəbindən Paşinyan Azərbaycan hərbi qüvvələrinə hücum etməklə özünə yönəlmiş siyasi təzyiqləri azaltmaq istəyirdi.

Qafqaz Həqiqətləri xəbər verir ki, Aran xaricə yayım radiosunun direktoru və Azərbaycan məsələləri üzrə ekspert Məhəmməz Qazidehi çərşənbə axşamı Ərdəbil Qafqaz Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə keçirilən “Tovuz döyüşlərinə diqqət etməklə Qafqaz regionu hadisələrinin araşdırılması haqda dəyirmi masa”da deyib: “Ermənistanın Azərbaycanın hərbi qüvvələrinə hücumunun səbəblərindən biri də Ermənistanın daxilindəki iqtisadi vəziyyət, işsizlik üzündən gənclərin ölkəni tərk edərək Avropa ölkələrinə mühacirət etməsi, illik gəlirin aşağı düşməsi ola bilər. Çünki əhali bu məsələlərə bərk etiraz edir.

Ermənistan ictimai rəyi yayındırmaq üçün bu hərbi əməliyyata əl atmışdır ki, Paşinyan özünün “milli təhlükəsizlik dinamik iqtisadiyyatın əsasıdır” şüarını bir növ həyata keçirmiş olsun.”

Qazidehi əlavə edib: “Digər tərəfdən Azərbaycanın son bir neçə ayda hərbi təlimlər keçirməsi, müxalifət partiyaları və xalqın Paşinyana təzyiqlər göstərməsi onun bu addımı atmağa vadar etmişdir və beləliklə, tənqidləri azaltmağa çalışmışdır.”

Aran radiosunun direktoru vurğulayıb: “Ermənistan Tovuz şəhəri yaxınlığında və Azərbaycanın enerji nəqli yolunda bu əməliyyatı həyata keçirməklə həm də Avropa ölkələrinə çatdırmaq istəyirdi ki, bu strateji məntəqə mənim nəzarətim altındadır və beləliklə, onlardan lazım olan imtiyazı almaq istəyirdi.”

Qazizadə çıxışının digər hissəsində deyib: “Azərbaycan hökuməti müharibəyə meyl göstərmir və Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etməyə səy edir.”

Bu hücumda sionist rejiminin rolunu təsirli adlandıran M. Qazizadə deyib: “Ermənistan Azərbaycanın ərazilərini, general rütbəli bir şəxsin məntəqədə hüzurunu izləmək və onu şəhid etmək üçün müasir sistemlərə malik deyil. Deyilənlərə əsasən, yüksək çinli azəri generalının harada olması ilə bağlı məlumatı erməni tərəfə ötürən sionist rejimi olmuşdur.”


151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP