Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2020

Mədəni İrs naziri: İran və Rusiya arasında ikitərəfli viza cari ayın sonuna kimi ləğv olacaq

Mədəni irs, əl sənəti və turizm naziri bu ayın axırına kimi İran və Rusiya arasında ikitərəfli viza rejiminin ləğv ediləcəyini deyib.

Qafqaz Həqiqətləri “Təsnim”-ə istinadla xəbər verir ki, mədəni irs, əl sənəti və turizm naziri Əliəsğər Munisan deyib: “Hal-hazırda bir sıra ölkələr xarici turist cəlb etməyə başlayıb və bu ölkələrə xarici səfərlər baş tutur. Biz də səhiyyə tövsiyələrini nəzər almaqla və səhiyyə protokollarına riayət etməklə yenidən xarici turist cəlb edə bilərik.”

Munisan əlavə edib: “Bu məqsədlə cari ayın sonunda Rusiyaya səfər edəcəyəm və İranla Rusiya arasında viza sisteminin ləğvi məsələsi başa çatacaq.”


87 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP