Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2020

Pentaqon: Türkiyə 5000-dən çox muzdlu Liviyaya göndərib

Amerika Müdafiə Nazirliyi yeni hesabatında Türkiyəni minlərlə suriyalı muzdlu və qiyamçını Milli Barış Hökuməti tərəfindən döyüşmək üçün Liviyaya göndərməkdə ittiham edib və iddia edib ki, bu silahlı ünsürlərin Liviyada hüzurunun davamı bu ölkənin təhlükəsizlik vəziyyətini ağırlaşdırmaqdan əlavə, bu ölkə xalqının narazılığına da səbəb olacaq.
“Middle East Online”-nin yazdığına görə, ABŞ MN-nin Baş Müfəttişliyi yeni hesabatında bildirib: “Türkiyə qabaqcadan onunla əməkdaşlıq edən ən azı 5000 suriyalı muzdlunu Liviyaya göndərib.”
Pentaqon Türkiyənin Liviyaya heç bir hərbi qüvvə göndərməməsi barədə açıqlamasının əksinə olaraq, bu ölkənin yüzlərlə hərbi ekipaj, o cümlədən Liviyanın qərbində yerləşmiş hava hücumundan müdafiə sistemləri briqadası üçün əməliyyat və texnologiya məmurları göndərdiyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Türkiyə və Liviya Barışıq Hökumətu müdafiə nazirlərinin Ankarada baş tutan görüşündə Türkiyənin hərbi hüzurunun bu ölkədə davamı, Trablos qüvvələrinə hərbi təlim və məsləhət vermələri barədə razılaşma əldə edilib.


91 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP