Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2020

İspaniya məktəblərdə İslamın əsaslarının tədrisi haqda qərar verdi

"Amma "müsəlman", həm də "demokratik" hesab olunan bəzi ölkələrdə (məsələn Azərbaycan) belə bir qərar verməyə tərəddüd edirlər..."

İspaniyanın Kataloniya əyaləti rəhbərliyi inteqrasiya və dini konfessiyalar arası birliyi təşviq etmək üçün dövlət məktəblərində İslamın əsaslarının öyrədilməyə başlanması haqda qərar verib.

Moderator bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Təhsil Departamentinin “Generalitat de Catalunya” rəsmi jurnalında bir qərar olaraq yayımladığı planda ibtidai məktəblərdə 2020/2021-ci tədris ilindən etibarən İslam dininin əsaslarının öyrədilməyə başlanacağı bildirilir. Pilot layihə hələlik Barselona, Baş Lyobreqate, Jirone və Tarraqone şəhərlərində həyata keçiriləcək.

Bu qərar İspaniya dövləti ilə ölkənin müsəlman icması arasında əməkdaşlıq müqaviləsinin nəticəsidir.

İspaniya İslam İcmaları Birliyindən (“UCIDE”) verilən məlumata görə, müsəlmanlar İspaniya əhalisinin 3,8 % -ni təşkil edir. Onların 40 faizi ispaniyalı, qalan 60% -i isə immiqrantlardır.


52 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP