Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2021

Yəmən ordusu Ərəbistan qırıcılarının saxlandığı yuvanı vurub

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu gün (çərşənbə) bildirib ki, Yəmən ordusu günorta saatlarında Abha aeroportunda Ərəbistan qırıcılarının yuvasına dron hücumu həyata keçirb.
“Əl-Məsirə”-nin verdiyi xəbərə görə, mətbuat katibi bu barədəki açıqlamasında deyib ki, Abha aeroportunda Ərəbistan qırıcılarının yuvası “Simad-3” və “Qasif-2” olmaqla 4 ədəd dron vasitəsilə vurulub və zərbələr dəqiq olub.
Y. Sərii həmçinin xəbərdarlıq edib ki, təcavüzkar Ərəbistan koalisiyası Sənanın bundan əvvəlki xəbərdarlıqlarına məhəl qoymayıb və mülki aeroportdan hərbi məqsədlər üçün istifadə edib.
General bu günkü hücumun Ərəbistanın Yəmənə təcavüzü və Yəmən xalqına qarşı zülmkar mühasirəsinə cavab olaraq baş tutduğunu, bu mühasirənin davam etdiyi surətdə Yəmən orudusunun hərbi əməliyyatlarının da davam edəcəyini vurğulayıb və öz bəyanatını “Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın” ayəsi ilə bitrib.


3428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP