Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

Dövlət idarələrinin qismən bağlanmasının hər günü ABŞ-a 300 mln. dollara başa gəlir

Dövlət idarələrinin qismən bağlanması və hökumətin işinin dayandırılmasının hər saatı ABŞ-a 12 mln., günü 300 mln., həftəsi isə 1,6 mlrd. dollara başa gəlir.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın En-Bi-Si (NBC) telekanalı məlumat yayıb.

Məlumata görə, müvafiq hesablamalar “IHS Global Insight” konsaltinq şirkəti tərəfindən aparılıb. Şirkətin hesablamalarına görə, ödənişsiz məzuniyyətə göndərilmiş 800 min dövlət qulluqçusunun hər saatının dəyəri məhz qeyd olunan məbləğə bərabərdir. “Başqa sözlə, vergi ödəyiciləri işini dayandırmış hökumətə hər saat milyonlarla pul ödəyirlər”, deyə telekanalın müxbirləri qeyd edir.

Bundan əvvəl Obama respublikaçıların maliyyələşmənin qismən bərpa olunması barədə təklifini rədd edib.


6645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP