Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Məktəbli “Facebook”da status yazdıqdan sonra intihar etdi

Məktəblinin ölümqabağı yazdığı son status yaxınlarını şoka salıb

Bakıda məktəbli oğlan Facebook-da dostları ilə sağollaşıb özünü öldürdü. Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

A.Məmmədov özünü öldürməmişdən az öncə Facebook profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.

Sabunçu rayon Prokurorluğundan milli.az-a bildirildi ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb./ans/
1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37