Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Şiə ruhanilər silaha sarıldı - Fotolar

Terrorçu qruplaşma olan İraq Şam islam Dövlətinin (İŞİD) İraqın müxtəlif yerlərində əməliyyatlar keçirməsi bir neçə gündür davam edir.
Onlar son günlərdə şiələri dəfələrlə təhdid etmiş və Əhli-beyt (ə) imamlarının məzarlarını dağıdacaqlarını bildirmişlər.
Bu arada şiə təqlid mərcələri və alimləri İŞİD-lə mübarizənin vacibliyini bildirmişlər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Ayətullah Sistaninin Kərbəla şəhərindəki nümayəndəsi Əbdülməhdi Kərbəlayi Ayətullah Sistaninin İŞİD əleyhinə cihad elan etdiyini xəbər vermişdi.
Bu arada, İmam Hüseyn (ə) hərəminin məşhur xətibi, Həzrət Ayətullah əl-Üzma Seyid Sadiq Şirazinin vəkili və yaxınlarından olan Ayətullah Seyid Mürtəza Qəzvini öz övladları və nəvələrilə hərbi forma geyinmiş və silaha sarılmışlar.
İraq mediası Höccətül-islam Əmmar Həkimin İraqın müxtəlif yerlərindəki hərəm müdafiəçilərilə görüşdüyü zaman hərbi forma geyindiyinə diqqət çəkib.
Bir neçə gün öncə İraq KİV-inin bəzisi İraqın Sədr hərəkatının keçmiş lideri Höccətül-İslam Seyid Müqtəda əs-Sədrin Sədr hərəkatının hərbi qolu olan “əl-Məhdi (əc)” ordusundan yenidən silaha sarılmağı və İŞİD-lə mübarizə aparmağı istəmişdi.
Bu xəbərlər sırasından, bunu da bildirək ki, Kərbəla şəhərində fəaliyyət göstərən “İmam Hüseyn (ə)” telekanalının müdiri Höccətül-İslam Muhəmmədi də silah götürərək özünün İŞİD-lə mübarizəyə hazır olduğunu bildirmişdir.


3052 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44