Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Seyid Əmmar Həkim: İraq İŞİD-in qəbristanı olacaq

İraqın Ali İslam Şurasının başçısı Seyid Əmmar əl-Həkim İraqdakı son vəziyyətə işarə edərək bildirib: İraq İŞİD terror qruplaşmasının və onları himayə edənlərin qəbristanlığına çevriləcək.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, o deyib: İraqlılar toplu məzarlıqları unutmayıblar. Bu cinayətkarlar bundan öncə də belə cinayətlər etmişdilər və bu təfəkkürün sahibidirlər.
İraqlılar onlarla onları İraq torpağından tamamilə təmizləyənə qədər mübarizə aparacaqlar.
Seyid Əmmar Həkim Ayətullah əl-Üzma Seyid Əli Hüseyninin İŞİD-lə mübarizənin vacibliyi barədə verdiyi fətvaya tabe olaraq, döyüş paltarı geyinmiş və İraq ordusuna qoşulan könüllülərin qeydiyatı mərkəzlərindən birində bu çıxışı etmişdir.
O, bu bəyənatda xalqı İraqı təhdid edən təhlükəni dərk etməyə və dini mərcələrin dəvətinə müsbət cavab verməyə çağırıb.
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu