Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2014

Gəncədə ananı uşaqları görə-görə öldürdülər

Gəncədə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Gəncədə 38 yaşlı qadın iki övladının gözü qarşısında qətlə yetirilib. Hadisəni törədən şəxs isə yaralıya kömək etməmələri üçün uşaqları da hədələyib. Özü isə hadisə yerindən qaçıb.

Puşkin küçəsi 55 ünvanında 38 yaşlı Mayisə Ələkbərova evdə övladlarının gözü qarşısında bıçaqlanıb. Onu xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyib.

Bıçaqlanmanın şahidi olmuş mərhumun övladları deyir ki, hadisəni törədən şəxs əvvəlcə analarına bıçaq xəsarəti yetirib. Sonra sinə nahiyəsinə yod töküb. Uşaqlara isə kömək çağıracağı və polisə məlumat verəcəyi halda ölüdəcəyini bildirib. Özü isə hadisə yerini tərk edib. Qorxu içərisində qalan uşaqlar bir saatdan çox heç kimə xəbər verməyiblər.

Hadisədən Mayisənin qonşuluqda yaşayan valideynləri xəbər tutub. Gəncə şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı ilk məlumatda bildirib ki, Mayisə Ələkbərova qeyri-rəsmi nikah münasibətlərində olduğu 31 yaşlı Hilal Bayramovla mübahisə etdikdən sonra özünü bıçaqlayıb.

İstinaqın gedişi başqa məqamlara işıq salıb. Prokurorluğun ikinci açıqlamasında isə qeyd olunur ki, Mayisə Ələkbərova özü tərəfindən deyil, Hilal Bayramov tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Hilal Bayramov saxlanılıb./ans/
1333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26