Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Əhmədinejadın ad günü qeyd olunub

Oktyabrın 27-də İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın bir qrup tərəfdarı və qonşusu onun yaşadığı evin qarşısında toplaşaraq anadan olmasının 57-ci ildönümünü keçiriblər.

“Media forum” saytının məlumatına görə, Tehranın Narmək məntəqəsində mərasimə qatılan Əhmədinejad tərəfdarları keçmiş prezidenti ad günü münasibəti ilə təbrik edib, əhaliyə şirniyyat paylayıblar. Mərasimdə Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayi və onun tərəfdarı olan bir neçə axund da iştirak edib.

Əhmədinejadın bəzi tərəfdarları plakatlar gəzdirərək ona dəstək verdiklərini bildiriblər. Plakatların üzərində bu şüarlar öz əksini tapıb: “Narməkin 72-ci meydanı İran ədalətpərvərliyinin ürəyidir”, “Biz hamımız Əhmədinejadıq, bizi də mühakimə edin”, “Sən ixlas və sədaqətin simvolusan”, “Biz səninlə bağladığımız əhd-peymana sadiqik”, “Nə saziş edərik, nə də təslim olarıq, səni gözləyirik”.

Əhmədinejad tərəfdarlarına öz təşəkkürünü bildirərək onlarla görüşüb, bəzilərinin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Qum şəhərindən mərasimə qatılan bir kişi Əhmədinejada deyib ki, atası hər gün namaz qılarkən ona dua edir. Əhmədinejad cavabında deyib: “Mənim əvəzimdən atanın əlindən öpərsən. Əgər İran xalqını sıra ilə səfə düzsəniz, böyüklük baxımından mənim yerim səfin sonundadır. Çünki mənim kimi minlərlə adam gəlib getsə də, heç nə olmaz”.

Əhmədinejad 1956-cı il oktyabrın 28-də anadan olub. Tehranın Elm və Sənaye Universitetinin mühəndislik fakültəsini və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib. Tehran Universitetində dərs deyib.

Siyasətə 1979-cu ildə qoşulub. Kürdüstan vilayətinin qubernatorunun məsləhətçisi işləyib. 1993-cü ildə mədəniyyət və təhsil nazirinin məsləhətçisi vəzifəsinə təyin olunub. Həmin il Ərdəbil vilayətinin ostandarı (qubernatoru) vəzifəsində fəaliyyətə başlayıb.

2003-cü ildə Tehran meri seçilib. 2005-ci ilin iyununda keçirilən prezident seçkisində mühafizəkarların əsas namizədi olub və seçki yarışını udub. 2009-cu ilin iyununda yenidən prezident seçilib. Bu ilin yayında onun səlahiyyəti başa çatıb.


1903 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45