Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

İŞİD-dən qaçan İraq əsgərləri ilk dəfə danışdı

Mosulu İŞİD-ə təslim etməkdə günahlandırılan İraq əsgərləri ilk dəfə olayla bağlı açıqlama veriblər.

İraqlı əsgərlər dəstək tələb etdiklərini, ancaq yardım gəlməyincə qaçmağa məcbur olduqlarını bildiriblər.

Əsgərlər 5 gün döyüşdüklərini bildiriblər:

"Tam 5 gün döyüşdük. Bu müddətin sonunda qüvvələrimiz tükəndi. Dəstək istədik, amma gəlmədi. Silah-sursat göndərin dedik, o da gəlmədi. Belə necə davam edə bilərdik ki? Bağdadlı komandirlər bizi orada buraxdı, qaçıb getdi".

Qeyd edək ki, əsgərlər Mosuldan qaçdıqdan sonra silahlarını şimaldakı kürd rəhbərliyinə təhvil vermişdilər. Yaşadıqları düşərgədə hələ nə olduğunu tam olaraq anlaya bilmədiklərini söyləyirlər.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00