Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Duma Poroşenkodan nazirini istefaya göndərməyi tələb edir

Rusiya Dövlət Duması Prezident Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə Prezident Pyotr Poroşenkodan Xarici İşlər naziri Andrey Deşiçanın istefaya göndərilməsini tələb edib.

Rusiya parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri, deputat Aleksey Puşkov vaxt itirmədən Poroşenkonun öz nazirini istefaya göndərməli olduğunu düşünür. Məsələni öz Tvitter səhifəsində təhlil edən Puşkov yazıb ki, Ukrayna dövlət başçısı öz məmurunu əvəzləməlidir, çünki o, özünə nəzarət edə bilmir.

Xatırladaq ki, Luqansk yaxınlığında ukraynalı hərbçiləri aparan təyyarənin separatçılar tərəfindən vurulmasına etiraz edən minlərlə Kiyev sakini Rusiya səfirliyinə hücum çəkərək, Putinin ünvanına nalayiq ifadələr işlətmişdilər. Təcili şəkildə hadisə yerinə gələn nazir Deşiça da fəallara qoşularaq, Putinə həsr olunmuş nalayiq mahnını oxumuşdu.
1261 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33