Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Rusiyadan Ukraynaya 200 ağır texnika gedir

Rusiyanın Rostov və Kaluqa vilayətlərindən Ukrayna sərhəddinə doğru 200-dən çox ağır texnika və hərbi maşın hərəkət edir.

Bu barədə "İnter" telekanalı yerli əhaliyə istinadən məlumat yayıb. Hərbi karvanın hərəkəti həvəskar kamera tərəfindən qeydə alınıb.

Ukrayna Antiterror Əməliyyatları qərargahından bildirilib ki, bu məlumata görə ordu hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı xəbərin səhihliyini yoxlayıb və faktı təsdiqləyib.
1251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 23:53