Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Bu gün yağış yağacaq

Bu gün Azərbaycanın əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Temperatur Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə isə 22-23° isti təşkil edəcək.

İyunun 16-da Azərbaycanın əksər rayonlarında əsasən gecə və axşam yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.
1594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22