Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Lavrov: “Bütün günahlar Qərbdədir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna ilə razılığın əldə olunmamasında Qərbi günahlandırıb.

Lavrov çıxışında Ukrayna ilə qaz ixracı məsələsində Avropa Birliyi ölkələri ilə razılıq əldə olunduğunu, lakin nəticə etibarı ilə ortaya heç nə qoyulmadığını bildirib. Çıxışında Rusiyanın Kiyevdəki səfirliyinə təşkil olunan hücumdan danışan Lavrov, “Qərb Ukrayna hökumətinin atdığı hər addımı dəstəkləyir. Maydan hadisələrindən sonra qeyri-qanuni yolla hakimiyyətə gələnlər üçün bundan artıq fürsət ola bilməz. Səfirliyimizə edilən hücumda dəyən ziyan mütləq ödənilməlidir”, - deyib.

Səfirliyə hücum edən “neo-faşistlər”in cəzalandırılmasını tələb edən rus siyasətçisi Ukraynada həbs olunan televiziya müxbirlərinin də dərhal azad olunmasını istəyib.

Xatırladaq ki, iyunun 6-da nəzarətə alınan iki rus müxbirdən əlavə bu gün də iki jurnalist həbs olunub.

İyunun 14-ü gecə isə Rusiyanın Ukraynadakı səfirliyi önündə fəalların aksiyası keçirilib: onlar rus səfarətxanasına məxsus avtomobilləri aşırıblar, bir maşını isə yandırıblar, səfirlik önündə Putin də daxil olmaqla, Rusiya əleyhinə təhqirlər səsləndirilib.
1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı