Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Türkiyə-Suriya sərhəddi hökumətin əlinə keçdi

Türkiyə ilə Suriya arasında Hatayın Yayladağı bölgəsindəki gömrük məntəqəsinin qarşısında olan ərazi Əsəd ordusunun nəzarətinə keçib.

Türkiyə mətbuatı xəbər verir ki, Keseb sərhəd-buraxılış məntəqəsi bundan əvvəl Əsəd müxaliflərinin nəzarətində olub.

Suriyanin Lazkiye şəhərindəki sərhəd-buraxılış məntəqəsi bu ilin martından etibarən müxaliflərin nəzarətinə keçmişdi.

Əsəd ordusu məntəqəni geri almaq üçün 3 gün ərzində döyüşüb və nəhayət hava qüvvələrinin də yardımı ilə buna nail olub.

İki tərəf arasındakı döyüşlərdə silah səsləri Türkiyə tərəfdən də eşidilib. Terrorçular məğlubiyyətin ardından Bayırbucak şəhərindəki türkmən bölgəsinə doğru geri çəkilib.
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber