Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Şəkidə müdhiş təcavüz olayı

Həmkəndlisi əri və uşaqlarının yanında qonşusunun evinə soxularaq onu zorlamağa cəhd edib, polisin isə həmin şəxsi gizlətdiyi iddia olunur
Şəkidə müdhiş təcüvüz hadisəsi qeydə alınıb. Zərərçəkənlərin bildirdiyinə görə, hadisə rayonun Çay Qaraqoyunlu kəndində baş verib. Belə ki, həmkəndlisi qonşu qadının evinə soxularaq, onu əri və uşaqlarının gözü qarşısında zorlamağa cəhd edib.

İndi isə hadisənin təfsilatını diqqətinizə çatdıraq. Şəki rayon Çay Qaraqoyunlu kənd sakini, zərərçəkən Məmmədova Yazgül Şabəddin qızı şikayət ərizəsində bildirir ki, bu ilin may ayının 29-u gecə saat 01:00 radələrində evlərində ailəliklə yatdıqları halda, qapıları döyülüb. O, qapının kim tərəfindən və niyə döyüldüyünü müəyyən etmək üçün yaxınlaşdıqda qonşusu Qasımov Möhlət Ramazan oğlunun gəldiyini bilib. "Çox gərgin haldaydı. Bunu görəndə qorxudan qışqırdım. O da cibindən bıçağı çıxararaq, "Səsini çıxarma, əgər səsin çıxsa, səni öldürəcəm" dedi. Sonra da ağzımı tutaraq, hədələməyə başladı. Həmin vaxt uşaqlarım mənimlə birlikdə eyni otaqda yatdıqlarından səsə oyandılar. Balacalardan biri yuxulu olduğundan yatağından yıxıldı. Mən də dərhal onu yerdən götürüb, küncə sıxıldım. Amma Möhlət əlində bıçaq hədələyərək deyirdi ki, "Mən arvadsızam, mənə arvadlıq elə". Səs-küyə yoldaşım qonşu otaqdan oyanıb, hadisə yerinə gəldi. Qapını açıb içəri girən kimi, Möhlət qaçdı. Qaçanda isə ayaqqabıları və papağı orada qaldı".

Qeyd edək ki, hadisə ilə əlaqədar təcavüzə məruz qalmış şəxsin həyat yoldaşı Samir Məmmədov da qeyd edir ki, bununla bağlı polisə müraciət etsələr də, onlar Möhlət Qasımova qahmar çıxırlar. "Dəfələrlə polisə müraciət etsək də heç bir faydası yoxdur. Möhlət polis orqanları ilə əlbir olduğuna görə, onu gizlədirlər. Üstəlik, həyat yoldaşımı polisə çağıraraq, onun savadsızlığından istifadə edərək yalan ifadə almağa çalışıblar".

Hadisədən xəbərdar olanların verdiyi məlumatda isə digər məqamlara da aydınlıq gəlib. Belə ki, zərərçəkən Yazgül Məmmədova həqiqətən də Şəki rayon, Sarıca Polis Bölməsinə çağırılıb. Elə məsələnin üstü də burada açılıb. Məlum olub ki, həqiqətən də Möhlət Qasımovun polislə əlaqəsi var və üstəlik polis hadisəni törətmiş şəxsi himayə edir. Belə ki, Polis Bölməsinin rəisi Rəşad Rəcəbov Y.Məmmədovanı dəvət edərək, onun izahatını almağa çalışıb. Zərərçəkən də olayı olduğu kimi danışıb. Bu zaman izahat alanlardan biri serjant Ceyhun Mustafayev Y.Məmmədovanı ələ salmaq və onun şəxsiyyətini təhqir etmək məqsədi ilə onu işdəki kompyüterin qarşısına keçirərək, orada erotik və seksual xarakterli fotoşəkilləri açaraq, onlara baxmasını tövsiyyə edib. Özü isə otaqdan çıxaraq, başqa işlərlə məşğul olub. Yazgül Məmmədova da təsdiq edir ki, o, bu cür fotoşəkillərin ona göstərilməsini başa düşməyib. Sonradan aydın olub ki, bunlar şantaj məqsədi güdüb. Üstəlik, əsas hədəf onu şantaj edərək Möhlət Qasımovun xeyrinə izahat almaqdır. Həmçinin zərərçəkəndən bu işi aparmaları üçün pul tələb olunduğuna dair də məlumatlar var.

İşi ört-basdır etmək istəyən Möhlət Qasımovun qohumları isə hətta hədə-qorxuya da əl atıblar. Məlumatlara görə, hadisədə adı keçən Möhlətin bibisi oğlu Davud Balaşov şikayətçi düşdüklərinə görə, Yazgül Məmmədova və Samir Məmmədovu dəfələrlə hədələyəyib. Hətta bir dəfə də onların üzərinə maşın sürərək, öldürməyə təşəbbüs göstərib.

Gələn məlumatlara görə isə Möhlət Qasımov hazırda Mingəçevir şəhərində gizlənib. Onun qonşu şəhərə qaçmasının səbəbi kimi isə polisdə aparılan işin tez bir zamanda bağlanılmasıdır ki, ona qədər azadlıqda gəzə bilsin. Şikayətçilər isə dövlət qurumlarından onlardan kömək istəyirlər. Yazgül Məmmədova yazır ki, o, namusuna təcavüz etmiş Möhlət Qasımovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Eyni zamanda, yerli polisin işi ədalətli şəkildə araşdırılmasını tələb edir.

Jam.az
1822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber