Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Türk polisini Mahir Şükürov öldürüb?

Türkiyədə mafiya qarşıdurmasında iştirak edən azərbaycanlıların adları bilindi

Türkiyədə bir neçə gün öncə baş verən mafiya qarşıdurmasında iştirak edən azərbaycanlıların adları açıqlanıb.

Hadisə Ədirnədə baş vermişdi. Rus və azərbaycanlı qrup arasında baş verən silahlı insidentdə bir polis şəhid olmuşdu. Onun 41 yaşlı Mahir Şükürov adlı azərbaycanlı tərəfindən vurulduğu bildirilirdi.

Qətldə şübhəli bilinən şəxsin yaxalanması istiqamətində işlər davam etdirilir.

Polis mafiya qarşıdurmasına qarışanların keçmiş polis Tufan Alpay (47), hadisədən sonra vəzifəsindən uzaqlaşdırlan Mustafa Türk (43), iki ayağından yaralanan Şaban Erdoğan (44), Faruk Barabakan (29), Yılmaz Bilmen (55), azərbaycanlılar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyib Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38), Qara Əliyev (30), Mehman Rahimov (41), ukraynalı Luka Asanedze (30), rusiyalı Nikolay Debjadze (32) saxlanılıb./ans/
1475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11