Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Ərdoğana rəqib gəlir: İkmaləddin İhsanoğlu

Adıçəkilən diplomat Türkiyədə prezident seçkilərində müxalifətin vahid namizədi ola bilər

Türkiyə ana müxalifətinin lideri, "Cümhuriyyət Xalq Partiyası"nın sədri Kamal Kılıçdaroğlu prezident seçkilərində namizədlə bağlı "Milliyyətçi Hərəkat Partiyası"nın sədri Dövlət Bağçalı ilə görüşə 1 namizədlə gəlib. İkmaləddin İhsanoğlu, Yılmaz Büyükərşən və Dəniz Baykalın namizədlər siyahısında adı hallansa da, "CHP" tərəfindən əsas namizədin İkmaləddin İhsanoğlu seçildiyi bildirilir.

Kamal Kılıçdaroğlunun öz "MHP"-li həmkarı ilə görüşdə də məhz İkmaləddin İhsanoğlunun adını təqdim etdiyi barədə məlumatlar artıq "Twitter" sosial şəbəkəsində də yayılıb.

"MHP" ilə "CHP" ortaq məxrəcə gəldikdən sonra prezident seçkilərində müxalifətin namizədinin adı rəsmən açıqlanacaq.
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08