Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Saatlıda vəhabilərdən daha bir zorakılıq

Bu gün Saatlı rayonunda sələfilər növbəti zorakılığa əl atıblar.

Hüzr məclisində ruhani Hacı Tahir Nuriyev moizə edərkən, məclicdə olan vəhhabilər alimin sözünü kəsərək onu təhqir ediblər.

Bununla sakitləşməyən sələfilər Haci Tahir Nuriyevi vəhşicəsinə döyüblər.

AİP -in Saatlı komitə sədri Haci Məmməd-ağanın verdiyi məlumata görə, münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra Hacı Tahir və onu döyən adamlar sərbəst buraxlıb. Rayonun 800-ə qədər dindarı Haci Tahirin müdafiəsinə qalxıb.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, Saatlı rayonunda radikal vəhabilər tərəfindən bu, ilk özbaşınalıq hadisəsi deyil ki, həyata keçirilir./İslaminsesi/
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10