Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Nazir oğlu Vaşinqtonda 500 nəfərlik qonaqlıq verir

Anar Məmmədov senator və konqresmenləri, diplomatları və qəzet redaktorlarını, bir sözlə, müftə yeyib-içməyə razı olanları Milli Muzey binasında toplayacaq
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan Amerika Alyansının rəhbəri Anar Məmmədov Vaşinqtonda böyük qonaqlıq verir. Virtualaz.org saytı Vaşinqtonda fəaliyyət göstərən bu lobbi təşkilatına istinadən xəbər verir ki, 500 nəfərin qatılacağı ziyafət sabah - oktyabrın 30-da ABŞ paytaxtındakı Milli Muzey binasında keçiriləcək.

Bu, Azərbaycanın ABŞ-da tanıdılmasına yönəlmiş ikinci illik qala-ziyafətdir. Nazir oğlu ilk ziyafəti ötən il təşkil etmişdi.

Azərbaycan Amerika Alyansının bildirdiyinə görə, budəfəki qala-ziyafətə ABŞ Senatının, Nümayəndələr Palatasının, diplomatik korpusun, düşüncə mərkəzlərinin və akademik qurumların nümayəndələri dəvət alıblar.

Ziyafətin açılışını Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov edəcək. Tədbirdə Azərbaycan musiqisi səslənəcək, rəqs nümunələri nümayiş etdiriləcək, milli Azərbaycan yeməkləri təqdim olunacaq.

Ziyafətə dəvət alanlar arasında senator Riçard Barr, Saksbi Çamblis, Ted Koqan, Roger Uiker, konqresmenlərdən Geyn Grin, Rendy Haltgrin, Robert Aderholt, Korrin Braun, Ualter Cons, Adam Kinzinger, Tim Rayan, Fred Upton, “The Washington Times” qəzetinin redaktoru və prezidenti Larri Bisli, “The Washington Diplomat” qəzetinin baş redaktoru Viktor Çibli, Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knapp, digər biznes və media liderləri yer alır.

Virtualaz.org-a o da məlum olub ki, ziyafət üçün əsas ərzaqlar və aşpazlar xüsusi təyyarə ilə Bakıdan aparılıb. Menyüdə təbii ki, qara kürü də ön sıralarda yer alır.

Azərbaycan Amerika Alyansı qala-ziyafətdə xüsusi seçilmiş qonaqlara mükafatlar da paylayacaq. Ötənilki qala-ziyafətin iştirakçısı olan mənbə saytımıza bildirib ki, nazir oğlu həmin tədbirdə pulları sel kimi axıdırdı və ziyafətə milyonlarla dolların xərcləndiyinə şübhə yox idi. Görünür, budəfəki ziyafət də ondan geri qalmayacaq.

Yada salaq ki, Azərbaycan Amerika Alyansı ABŞ-da Azərbaycanın maraqlarını müdafiə edən lobbi təşkilatı kimi yaradılıb. Lakin təşkilatın maliyyə mənbələri göstərilmir.

Qeyd olunmalıdır ki, budəfəki qonaqlıq Azərbaycanla ABŞ arasında münasibətlərin heç də yaxşı olmadığı bir vaxtda keçiriləcək. Belə ki, ABŞ Dövlət Departamentinin 9 oktyabr prezident seçkilərinə dair mövqeyi rəsmi Bakının sərt reaksiyalarına səbəb olub.
2084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı