Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Polis jurnalistin vəhabi qardaşını Suriya yolundan qaytardı

“Paralel” qəzetinin əməkdaşı Akif Nəsirlinin sələfi təriqətinin üzvü olan qardaşı geri qaytarılıb.

Jurnalistin qardaşı Firuz Nəsirov Türkiyəyə getmək istəyib. Akif Nəsirlinin polisə müraciət etməsi isə bunun qarşısını alıb.

Qeyd edək ki, A.Nəsirli qardaşının Suriyaya döyüşməyə gedəcəyindən şübhələnirdi. Artıq onun ölkədən çıxmasına razılıq verməyiblər və A.Nəsirli qardaşını geri qaytara bilib.

A.Nəsirlinin sözlərinə görə, qardaşı 1981-ci il təvəllüdlüdür və Beyləqanın Əlinəzərli kəndində anadan olub. Orta təhsilli bu gənc əvvəllər musiqi ilə məşğul olub, sələfilərə qoşulandan sonra musiqini buraxıb.
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:21