Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

İran rəsmisi: "İŞİD-ə son dəstəyi Barak Obama edib"

Amerika rəsmiləri daima terrorçu qrupları, o cümlədən "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçu qrupunu dəstəkləyib.

Bu açıqlama ilə İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi çıxış edib.

O, ABŞ-ın Suriyadakı hadisələrin ardınca regiondakı müttəfiqləri ilə yanaşı, terrorçu İŞİD qrupunu dəstəkləməsi bölgə xalqına fəlakət gətirib:

“ABŞ-ın İŞİD terrorçu qrupuna son dəstəyi ölkə prezidenti Barak Obama tərəfindən baş verib. Obama demişdir ki, Amerika İŞİD başda olmaqla Suriya hökuməti ilə toqquşan müxalifəti modern silahlarla təmin edəcəkdir. Suriya böhranı ilə mövcudluğunu bildirən İŞİD terrorçu qrupu bu günlər İraq ordusu ilə toqquşmaqdadır. Terrorçu İŞİD qruplaşması ötən çərşənbə axşamından etibarən İraqın şimal bölgələrinə qarşı hücumlarını genişləndirdi, lakin İraq ordusu və xalqının güclü müqaviməti nəticəsində "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçu qrupunun çəmbəri getdikcə daralır”.
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08