Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Təhsildə növbəti rusvayçı nəticə

«11 minə yaxın XI sinif şagirdi buraxılış imtahanlarından 2 alıb»

Təhsilin bu səviyyəyə düşməsi hakimiyyətin maraqlarına cavab verir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 13-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Buraxılış imtahanında 26 380 IX sinif şagirdi iştirak edib. Onlardan 8975-i “Ana dili”, 10 336-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 20 052 XI sinif şagirdi iştirak edib. Onlardan 5298-i “Ana dili”, 5391-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

Qeyd edək ki, TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib.

Xatırladaq ki, iyunun 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 11-ci və 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri də ürəkaçan olmayıb. Həmin günü bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verib. İmtahan verən 30 minə yaxın 11-ci sinif məzunundan təxminən 2 mini ana dili və riyaziyyatdan iki alıb.

Növbəti buraxılış imtahanı iyunun 24-də keçiriləcək. Həmin gün buraxılış imtahanında Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevirdən olan şagirdlər iştirak edəcəklər. Ötən illərin təcrübəsi göstərir ki, ölkənin bütün regionlarında nəticə oxşar olur. Bu baxımdan növbəti buraxılış imtahanlarının da nəticələrinin ürəkaçan olmayacağını indidən demək olar.

İstər orta məktəblərdə buraxılış, istərsə də ali mətəblərə qəbul imtahanarında belə acınacaqlı nəticənin göstərilməsi isə yenilik deyil. Hər il eyni mənzərə ilə qarşılaşmaq mümkündür.

Hər il ali məktəblərə imtahanların nəticələri açıqlananda bəlli olur ki, hətta orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər qəbulda 100-150 baldan artıq nəticə göstərə bilmir.

11 il təhsil almış şagirdlərin ana dili və riyaziyyatdan iki alması ilk növbədə ölkədə təhsilin hansı durumda olduğunu göstərir. Əgər bir neçə il əvvəl təhsilin bu vəziyyətə düşməsində təhsil naziri Misir Mərdanov günahlandırılırdısa, nazir dəyişikliyi də vəziyyətin müsbətə doğru dəyişməsinə gətirib çıxarmadı. Mikayıl Cabbarovun nazir olduğu bir ildən artıq müddətdə ölkədə təhsilin səviyyəsində heç bir irəliləyiş nəzərə çarpmır. Bu isə onu deməyə əsas verir ki, təhsilin bu vəziyyətə gətirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Araşdırmalar göstərir ki, təhsili yüksək olan şəxslər hakimiyyətin daha yaxşı işləməsini tələb edir. Nəticədə məmurlar daha məsuliyyətli olur. Bu səbəbdən də əhalinin savadının yüksəlməsi avtoritar rejimlərin maraqlarına cavab vermir. Orta məktəblərdə lazımı savadın verilməməsi, daha sonra ana dilini belə normal səviyyədə bilməyənlərin aşağı ballarla ali məktəblərə daxil olması hakimiyyətin məqsədyönlü siyasətinin tərkib hissəsidir. İqtidar ondan daha məsuliyyətli olmağı tələb edəcək nəslin yetişməsini arzulamır və bunun qarşısını bacardığı qədər alır./azadlıq/
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45
Taleh Bağırov cəri