Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Leyla Yunus NATO-nun tədbirində aksiya keçirdi Foto

Hüquq müdafiəçisi xarici qonaqlara ölkədə vəziyyət barədə danışıb və vicdan məhbuslarının şəkilləri olan plakat qaldırıb

Məlum olduğu kimi, Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Routh” seminarı acılıb. Tədbirdə əsas məruzəçi kimi parlamentin spikeri Oqtay Əsədov çıxış edib. 

Tədbirdə iştirak edən Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus fasilə zamanı xarici qonaqlara müraciət edərək ölkədə insan haqları və demokratiya sahəsində vəziyyətdən danışıb, həmçinin onları bu hakimiyyətə etiraz etməyə çağırıb. «Azadlıq»a açıqlama verən Leyla Yunus çıxışı zamanı vicdan məhbuslarının şəkilləri olan plakatlar qaldırdıqlarını da deyib:

«Sessiya başlamazdan əvvəl bütün iştirakçılara Repressiyalara Qarşı Müqavimət Mərkəzinin müraciətini payladım. Artıq birinci iclasda mənim bu müraciətim barədə danışırdılar. Kofe fasiləsi başlayanda vicdan məhbuslarının, NİDA-çıların şəkilləri əks olunan iki böyük plakat götürdüm və çıxışa başladım. Mən çıxış etməyə başlayanda bizim mərkəzin üzvləri bu plakatları qaldırdılar. Dedim ki, Sülh və Demokratiya İnstitutunun direktoruyam, sovet vaxtından işləyirəm. Dedim siz burda toplaşmısınız ki, təhlükəsizlik və əməkdaşlıq barədə danışasınız. Sizin danışdıqlarınız nəzərə alınmayacaq. Çünki Azərbaycanda kriminal avtoritar rejimdir. Bizdə siyasi repressiyaların 130 qurbanı var. 40 vicdan məhbusu, 90 siyasi məhbus var. 15 dəqiqədən çox danışdım, mənə heç kim mane olmadı. Ətrafımda avropalı deputatlar dayanmışdı, onlar şəkil çəkirdi. Sonra vicdan məhbuslarının adlarını çəkdim və onların nəyə görə həbs olunması barədə ətraflı danışdım. Onlara  dedim ki, sizə ayıb olmalıdır. Metyu Brayza çıxış etməli idi. Ancaq o da bu rejimi dəstəkləyir. Metyu Brayza üzünü o biri tərəfə çevirmişdi. Dedim niyə mənə baxmırsınız. Ona yaxınlaşdım, əlindən tutub özümə qarşı çevirdim və dedim ki, sizə ayıb olmalıdır. Siz səfir olanda da bu rejimi dəstəkləyirdiniz, indi də dəstəkləyirsiniz. Bu rejimin sonu yoxdur. Dedim burda bütöv bir sessiya Qarabağ münaqişəsinin həllinə həsr edilib. Münaqişənin hansı həllindən danışa bilərsiniz. Hamınız xalq diplomatiyası barədə danışırsınız. Bizim institut 2005-ci ildən Ermənistandakı həmkarları ilə xalq diplomatiyası layihəsi ilə işləyir. Rauf Mirqədirov və onun casusluqda ittiham olunması barədə danışdım. Ermənistan nümayəndələrinə dedim ki, sizi belə gözəl casus münasibətilə təbrik edirəm. O beynəlxalq mükafat alıb. Danışığımı bitirəndə dedim ki, hamınızıa nuş olsun, kofe için, siz məni gözəl anlayırsınız ki, bu hakimiyyəti dəstəkləmək cinayətdir».

 

***

Leyla Yunusun tədbir iştirakşılarına yazılı müraciətini də təqdim edirik:

Repressiyalara Qarşı Müqavimət Mərkəzinin müraciəti

ABŞ və Aİ diqqət mərkəzində olan Ukrayna hadisələri Əliyev avtoritar rejiminin AR  ərazisində müstəqil KİV-lərin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarınının tamamilə məhv edilməsinə şərait yaratdı.

12 İyun tarixinə azərbaycanda 130 siyasi repressiya qurbanı vardır ki, onlardan 40 nəfəri «vicdan məhbusu», 90 nəfəri isə siyasi məhbusdur.

 Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi «Vicdan məhbus»ları siyahısına aşağıdakılar daxildir: 

 -11 Jurnalist və blogger, həmçinin «Xural»qəzetinin redaktoru Əvəz Zeynallı, Milli azlıqların dilində tərtib edilmiş yeganə «Talışi- Səda» qəzetinin redaktoru Hilal Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Herd Bitserius premiyası laureatı Rauf Mirqədirov, jurnalist Tofiq Yaqublu (onun qızı da hazırda məhkumdur) bloggerlər Rəşad Ramazanlı, Əbdül Əbilov və digəriləri

- 4 hüquq müdafiəçisi, həmçinin 9 Oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri zamanı saxtalaşdırmaya dair ciddi sübutlar aşkarlamış(videohesabatlar da daxil olmaqla)Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi(SMDT) QHT-nin rəhbərlərindən olan Anar Məmmədli və Bəşir Süleymanlı

-Əksəriyyətinin təhsilini ABŞ, Aİ ölkələrindən birində almış olduğu 11 gənc fəal, həmçinin NİDA vətəndaş hərəkatının 8 üzvü. Onlar həbs və istintaq dövrü işgəncələrə və qeyri-insani davranışa məruz qalmışlar.

-2 müxalif düşərgənin 2 lideri: REAL hərəkatının lideri- İlqar Məmmədov və «Müsavat» partiyası başqanının müşaviri Yadigar Sadıqlı

-12 dindar, həmçinin məhşur ilahiyyatçı Taleh Bağırzadə

 Repressiyalarla mübarizə mərkəzi tələb edir:

 -Əliyev avtoritar rejiminin bütün siyasi repressiyalara məruz qalmış qurbanlarının dərhal azad edilməsini;

- Cinayət işlərinin saxtalaşdırılmasında və işgəncə proseslərində iştirak edən prokurorluq, DİN, MTN əməkdaşalrının cinayət məsuliyyətinə cəlb edilməsini;

- «Rütbəli cinayətkarların» açıq məhkəmə proseslərinin təşkil edilməsini;

-  Siyasi motivli işlərdə saxtalaşdırmaya göz yuman hakimlərin və gələcəkdə hakim olacaq şəxslərin hakimlik korpusundan qovulmasını və gələcəkdə hakim rütbəsinə yiyəlnməsinin qarşısının alınması;

RMM Azərbaycan qanunvericiliyi və Beynəlxalq hüquq normalarını pozan hakimlər haqqında kifayət qədər məlumat bazasına malikdir./azadlıq/

1494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...