Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Rusiya yeni raketlərini sınaqdan keçirdi

Aleksandr Denisov: "Rusiya gipersəsli raketlərini son 10 ildir ki, təkmilləşdirir"

Rusiya “Pançir” zenit-raket-top kompleksi nəzdində gipersəsli raketlərin ilk sınaq atışlarını həyata keçirib.

Bunu “Yüksək dəqiqlik kompleksləri” şirkətinin rəhbəri Aleksandr Denisov deyib.

Onun sözlərinə görə, Rusiya gipersəsli raketlərini son 10 ildir ki, təkmilləşdirir.

“Rusiyada demək olar ki, bütün zenit-raket komplekslərində gipersəsli raketlər tətbiq edilib. Gipersəsli raketlərin surəti 3-7 Maxdır (3-4 səs gücü deməkdir - S.M). İndi isə raketlərin sürətlərinin 5-7 Max-a çatıdırılması istiqamətində işlər gedir”, deyə Aleksandr Denisov bildirib.

Xatırladaq ki, bu il “Aşuluk” poliqonunda “Pançir” zenit-raket-top kompleksinin ilk sınaq atışları həyata keçirilmişdi.
1402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01