Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2014

Gözəllik salonunda baş kəsən adam kilsədə tutuldu (Foto)

E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb və içə-içə Daşkəsənə gedib

Gədəbəydə keçmiş həyat yoldaşının başını gözəllik salonunda kəsdikdən sonra qaçan Qasımov Elçin Fəxrəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

O, Daşkəsən rayonunun ərazisində saxlanılıb. Belə ki, E.Qasımov Daşkəsəndəki kilsədə gizlənirmiş.

Məlumatda bildirilib ki, E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb və içə-içə Daşkəsənə gedib.

Xatırladaq ki, Gədəbəy rayonunun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./ans/
1094 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber