Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2014

BMT: “Ukraynada qaçqınların sayı 34 minə çatıb”

34 minə yaxın Ukrayna vətəndaşı ölkənin şərqində davam edən hərbi əməliyyatlara görə evlərini tərk etmək məcburiyyətində qalıb.

BBC-nin verdiyi xəbərə görə, bunu BMT-nin humanitar yardım üzrə əlaqələndiricisi Valeri Eymos bəyan edib.

Onun sözlərinə görə, BMT-nin qaçqınlar üzrə agentliyində 19 min qaçqın barədə məlumat var. Daha 15 min nəfər BMT-nin bilavasitə müşahidə etmədiyi bölgələrdən qaçqın düşüb.

2014-cü ilin mayında BMT Ukraynada 10 minə yaxın qaçqının olduğunu bildirmişdi. O vaxt söhbət, ilk növbədə, Krım tatarlarından gedirdi.

Hazırda isə Ukraynanın Donetsk və Luqansk vilayətlərində əhali atəşə tutulma və ərzaq çatışmamazlığı ilə üz-üzə qalıb.
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı