Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2014

Superliqa futbolçusu İŞİD-ə qarşı savaşa getdi

Adnanın əsgərlərlə çəkdirdiyi şəkil sosial medianı ayağa qaldırdı

Türkiyənin “Çaykur Rizespor” futbol komandasında oynayan iraqlı futbolçu Əli Adnanın sosial mediada yayılan fotoşəkilləri geniş müzakirələrə səbəb olub.

Fotoşəkillərdə Adnanın iraqlı əsgərlərlə bir yerdə olduğu görünür. Sosial media iştirakçıları Əli Adnanın İraqa İŞİD-ə qarşı döyüşmək üçün getdiyini də iddia ediblər.

Sosial mediada yayılan ilk fotoşəkildə Əli Adnan iraqlı bir əsgərin yanındadır. Digər fotoşəkildə isə Adnan yenə əsgərlər və əllərində İraq bayrağı daşıyan şəxslərlə birlikdə şəkil çəkdirib. İraq saytlarından birində yer almış xəbərdə isə deyilir ki, "Əli Adnan da digər bütün İraq milli futbolçuları kimi orduya qatılmaq üçün hazırdır".
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP