Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2014

"ABŞ-ın qadın prezidenti olmalıdır"

Bunu ABŞ-ın prezidentliyinə potensial namizəd sayılan, sabiq dövlət katibi Hillari Klintion bildirib

"ABŞ-ın yeni prezidenti qadın olmalıdır". Bunu ABŞ-ın prezidentliyinə potensial namizəd sayılan, sabiq dövlət katibi Hillari Klintion bildirib.

Klintonun sözlərinə, Birləşmiş Ştatlar Almaniyanın nümunəsini təkrarlamalı və dövlətin başına qadın gəlməlidir. Keçmiş dövlət katibi ABŞ-da prezidentin qadın olması üçün əlindən gələni edəcəyini deyib.

Almaniyanın "Stern" jurnalına müsahibəsində Klinton heç bir zaman qadın prezidenti olmayan ABŞ-ın Almaniya, Çili və Braziliya kimi ölkələrdən geri qaldığını söyləyib: "Bunu reallaşdırmaq üçün əlimdən gələni edəcəyəm. Bunu gerşəkləşdirən adam mən ola biləcəyimni isə deyə bilmərəm".

Hillari Klinton 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində real namizədlərdən biri hesab edilir. Bu ilin mayında “İpsos” sosioloji araşdırma kompaniyasının keçirdiyi sorğuya əsasən, rəyi soruşulan amerikalıların əksəriyyəti onun qələbə şansının yüksək olduğunu söyləyiblər.
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı