Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2014

“DAİŞ”in 200-dən artıq silahlısını məhv edib

İraq ordusu əl-Fəllucənin şərqində “DAİŞ”in 200-dən artıq silahlısını məhv edib
Bu barədə ölkə ordusun əl-Ənbar əməliyyatları komandanlığı məlumat verib

İraq ordusu əl-Fəllucənin şərqində “DAİŞ”in 200-dən artıq silahlısını məhv edib. İnterAz-ın İraqın Sumaria agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ölkə ordusun əl-Ənbar əməliyyatları komandanlığı məlumat verib. Digər bir məlumata görə, Bağdadın əl-Lətifiyyə bölgəsində “İraq-Şam İslam Dövləti”nin 10 silahlısını öldürülüb.

Bildirək ki, İraq silahlı qüvvələri baş qərargahının sözçüsü Qassim Əta dünən 279 “DAİŞ” üzvünün öldürüldüyünü bəyan etmişdi.

Qeyd edək ki, hazırda İraqın əl-Ənbar, Neynəva, Diyala, Kərkuk və Səlahəddin əyalətlərində terrorçu “İraq-Şam İslam Dövləti” ilə ölkə ordusu və təhlükəsizlik qüvvələri arasında gedən qarşıdurmaların şahididir.
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber