Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Bəşər Əsəd ümumi amnistiya elan edib

Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya elan edib

Suriya prezidenti Bəşər Əsəd oktyabrın 29-da ümumi amnistiya elan edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın “SANA” dövlət agentliyi məlumat yayıb. Qeyd edək ki, amnistiya 2013-cü ilin oktyabrın 29-dək törədilmiş bütün cinayətlərə şamil edilir.

Qeyd edək ki, Əsəd bu ilin aprelin 16-da da ümumi amnistiya elan etmişdi.

Bundan əvvəl isə amnistiya 2012-ci ilin yanvarında elan olunmuşdu, lakin o hökumət əleyhinə çıxışlarda iştirak edən şəxslərə şamil edilərək məhdud xarakter daşımışdı.

Qeyd edək ki, bu gün həmçinin Suriyanın baş nazirinin müavini Qədri Cəmilin istefaya göndərilməsi barədə xəbər yayılıb.
1970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı