Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Avropa Birliyi Ukraynaya daha 500 mln avro köçürüb

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, maliyyə məsələləri üzrə Avrokomissar Olli Renin sözlərinə görə, bu addım Brüsselin Kiyevlə həmrəyliyinin göstəricisidir.
Qeyd edək ki, 1 mlrd avro məbləğində növbəti tranşın alınması üçün Ukrayna Avropa Komissiyası ilə bir müddət əvvəl razılaşdırılmış iqtisadi və maliyyə islahatları həyata keçirməlidir.
Bundan əvvəl Brüssel yaxın 2 il müddətində Kiyevə ümumilikdə 11 mlrd avro məbləğində maliyyə yardımı ayırmaq niyyətində olduğunu bəyan edib.
Ukrayna Maliyyə Nazirliyi vəziyyətin tənzimlənməsi üçün ölkəyə 35 mlrd dollar gərək olduğunu bildirmişdi.
1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP