Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2013

“İran xalqının nüvə hüququ müzakirə mövzusu ola bilməz”

Həsən Ruhani: “İran xalqının nüvə hüququ müzakirə mövzusu ola bilməz”

İran prezidenti Həsən Ruhani bildirib ki, İran xalqının nüvə hüquqları müzakirə mövzusu ola bilməz, - “PressTV”.

Həsən Ruhani Nazirlər Kabinetinin iclasından sonra müxbirlər qarşısında İİR-nin nüvə məsələsi ilə bağlı bəzi təfərrüat haqda müzakirə edəcəyini bildirərək deyib: “İran xalqı əmin olsun ki, nüvə texnologiyası və uranın zənginləşdirilməsi məsələsi müzakirə mövzusu deyil”.

İran prezidenti qarşı tərəfin təkliflərinə diqqətin yetirilməsini və sonra təkliflərini bildirəcəyini deyərək vurğulayıb: “İİR-nın prinsiplərindən biri də öz nüvə təsisatını beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətinə verməkdir. İranın gizli saxlanılacaq heç bir şeyi yoxdur. İranın nüvə fəaliyyətləri sülhsevər və şəffafdır və beynəlxalq qanunlar o cümlədən NPT çərçivəsində reallaşır”.

İran prezidenti İranın beynəlxalq arenadakı yeri və təsirli roluna toxunaraq qeyd edib ki, 2013-cü il 14 iyun da keçirilmiş İranın prezident seçkiləri dünyanın ümumi düşüncəsində böyük təsir buraxmışdır./Deyerler
1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı