Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Qarabağ əlili baxımsız qalıb

Sürünə-sürünə gəzən bu əlilə yaxın qohumları belə yaxın durmur

Sağlamlığından əziyyət çəkən Qarabağ əlili baxımsız qalıb. Artıq sağlamlığı onu elə vəziyyətə gətirib ki, dizin-dizin sürünərək hərəkət etmək məcburiyyətindədir.

Cəmil Cəmilovun 44 yaşı olmasına baxmayaraq xəstəlik onu tamamilə qocaldıb. Onun sanki 44 deyil, 64 yaşı var. Baxımsızlıq, kimsəsizlik onu küçələrə salıb, desək, yanılmarıq. Bir neçə gündür ki 1-ci qrup Qarabağ əlili dəhlizdə yatır. Buna səbəb ağrılarının olması və imkansızlıq səbəbindən bu vaxta qədər həkimə müraciət etməməsidir. Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki yataqxanada qalan Cəmil Cəmilov vaxtilə döyüşlərdə qarın nahiyəsindən güllə yarası alıb. Qarabağ əlili ilə indi maraqlanan yoxdur. Acınacaqlı hal isə odur ki, xəstə özünü idarə etməyi belə bacarmır. Üfunət iyindən yataqxananın içərisinə girmək mümkün deyildi. Qonşular deyir ki, evlərində otura bilmirlər. İndi ağrılardan yeriyə belə bilməyən və sürünə-sürünə gəzən bu əlilə yaxın qohumları belə yaxın durmur. Onun bacısı, qardaşı olsa da, yalnız arada bir gəlib Cəmilə baş çəkməklə işlərini bitmiş sayırlar. Qonşular ona yemək verəndə yeyir, verməyəndə ac qalır. Onun yaşadığı mənzilə baş çəkdik. Yaşayış vəziyyətini görüb çox pis olduq. Natəmiz otaq və şəraitin yoxluğu, üfunət iyi də öz yerində. Qonşular deyir ki, bəzən Cəmil öz ağrılarını unutmaq üçün içki də içir. Bundan sonra isə qarşısına kim keçdi söyür. Hələ bu azmış kimi qonşuların qapılarını da döyərək onları narahat edir.

Qonşu Tanrıverdi Xalidov deyir ki, buna kimsə baxmalıdır ya yox: “Axı bizim burda uşaqlarımız var, biz uşaqlarımızı bunun əlindən bayıra qoymuruq, altını batırır. Özündə olmur, arada bir bacısı var gəlir və çıxıb gedir. Atası ilə əvvəlcə bir evdə qalırdı. Amma atası öldükdən sonra o, burda tək qalır”.

Biz isə bu kimsəsizə kömək etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən sabah həmin şəxslə maraqlanacaqlarını bildirdilər. Elə Səhiyyə Nazirliyi də sabah öz köməkliyini əsirgəməyəcəyini bildirdi./ans/
1325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi