Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Doğuş zamanı uşaqla ana niyə ölüb?

Artıq bununla bağlı cinayət işi başlanıb, istintaq gedir

Suraxanı rayonu, 3 saylı doğum evində qızının ikinci uşağını gözləyən ana - Mürvət Quliyeva onların hər ikisinin ölüm xəbərini alır.

Elə bununla da həyatı alt-üst olur. Deyir, qızımın heç bir problemi yox idi. O, birinci övladını təbii yolla dünyaya gətirmişdi. Amma ikinci uşaqda nədənsə, həkimini dəyişmək istədi. Seçdiyi Suraxanı rayonu, 3 saylı doğum evinin həkimi Sevda isə onun və körpəsinin ölümünə səbəb oldu.

Xatırladaq ki, mayın 31-də doğuşun başladığından şübhələnən Aynurə Vəliyeva hazırlaşaraq ailəsilə birgə xəstəxanaya yollanır. Gənc anaya doğuş vaxtı iyunun 8-i qoyulsa da, həkimlər onun xəstəxanada qalmasında israr edir. Səbəb də o göstərilir ki, birdən yolda halı pisləşər. Amma Aynurə iyunun 1-də axşam doğuş stoluna qaldırılır.

Aynurənin anası Mürvət Quliyevanın sözlərinə görə, "Mən istədim günorta gedəm qızı ordan götürəm. Onlar da tez onun dilinin altına dərman qoyublar, iynə vurublar. Qızım deyib ki, ay həkim bu nə dərman idi, mənə verdiniz”.

Ana deyir ki, qızımın heç bir problemi yox idi. Ona vaxtında yardım göstərilmədiyindən qan itirmədən dünyasını dəyişdi. Əvvəlcə körpəsinin cansız bədənini doğuş otağından çıxardılar. Görəndə ki, həkimlər özlərini qeyri-adi aparırlar, dalınca da mən qohumlarımdan birilə özümü içəri saldım. Ana burada gördüklərindən şoka düşüb.

Mürvət Quliyeva deyir ki, həkim xəstəni içəridə qoyub özü isə orda çay içir. Əlindən basanda qarnından qan fontan vurdu.

Elə bu ana ilə qızının son görüşü olur. Daha sonra ona da qızının ölüm xəbərini çatdırırlar. İndi ailə 33 yaşlı Aynurə və övladının ölümündə həkimləri günahlandırır. Elə hamiləlik dövründə Aynurəni daim nəzarətdə saxlayan, müayinə və müalicəsilə məşğul olan həkim Minayə Əbdüləzimova da ana və uşağın son günə qədər bir probleminin olmadığını bildirdi.

Mama-ginekoloq Minayə Əbdüləzimova söyləyir ki, ayın 20-si mən xəstəni göndərmişəm: “Müayinə mənim əlimdədi, nə xəstədə, nə də uşaqda problem olmayıb. Hazırda nazirlikdə araşdırma gedir”.

Biz də əvvəlcə ölüm faktı qeydə alınan Suraxanı rayonu, 3 saylı doğum evinə yollandıq. Adıçəkilən Sevda həkimlə görüşə bilməsək də, xəstəxananın baş həkimi Nəzakət Həsənova işin araşdırıldığını əsas gətirərək müsahibə verməkdən imtina etdi. Ancaq dedi ki, döldə maye normadan artıq olduğundan və emboliya səbəbindən ananı da uşağı da xilas edə bilmədik. Hər halda bu xəstəxananın gəldiyi nəticədir. Sevda Abdulova ilə telefon əlaqəmiz də cavabsız qaldı. /ans/
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı