Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Ərdoğan İŞİD-ə görə 45 milyard rüşvət alıb

Türkiyə höküməti İraq Şam İslam Dövləti qruplaşmasına qarşı hərəkətsiz dayanması müqabilində Səudiyyə Ərəbistanı və Qatardan 45 milyard lirə pul alıb.

Belə bir iddia ilə Türkiyənin Şırnakdan olan millət vəkili Hasip Kaplan çıxış edib.

Onun sözlərinə görə, Türkiyə Osmanlı torpağı olan Suriya və İraqda həyata keçirilən qətliama görə, məsuliyyət daşıyır: "Burada bayrağı qorumaq da asandır. Bayrağı torpağı olan yerdə qorumaq lazımdır. 2 kürd peşmərgə briqadası türkmənləri qoruyarkən və Kərkükdən ordu çəkilərkən, yenə kürdlər Kərkükü qoruyur. Bu Böyük Millət Məclisində kürd deputatlar da var. Bizim kürdlərlə ortaq çıxarlarımız var".

Orta Şərqdə bir dövrlər Osmanlı vardı. Mosul və Kərkükdə yaşayan türkmənlərin, kürdlərin və ərəblərin haqqını necə qoruyacağıq? Əgər tarix bağımız bunu tələb edirsə, birlikdə nə edə bilərik? Amma Qatardan, Səudiyyə Ərəbistandan edilən 45 milyard lirə pul transferinin hesabı verilmədən bu hadisələrin gerçək səbəbi açıqlanmaz. Əlbəttə ki, Mosulda bir anda, bir gecədə bütün ordu təslim olur, silahları buraxır, aerodromları buraxır, tankları, topları buraxır və gedir. Sizin ağılınıza, məntiqinizə uyğun gəlirmi, 70 min nəfərlik ordu 5 min nəfərlik IŞİD mənsubu qarşısında təslim oldu? Xeyr, təslim olunan bir vəziyyət yox, danışılan vəziyyət var.

Daha sonra Hasip Kaplan Türkiyə hökümətinin siyasətini kəskin tənqid edib: "Artıq beşinci gündür ki, konsulluq işçiləri girovluqdadır. Sizlər diplomatiyaya baxırsınız, girov diplomatiyası, mübadilə diplomatiyası, fidyə diplomatiyası.
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...