Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Alman nazir: "20 ildir Ermənistanı dəstəkləyirik"

"20 ildən çox müddətdir ki, Ermənistan dövlətini və cəmiyyətini müasirləşmə yolunda güclü bir şəkildə dəstəkləyirik".

Bu sözləri Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşü zamanı deyib.

Ştaynmayer bildirib ki, Ermənistanla ikitərəfli əlaqələri də genişləndirmək niyyətindədilər:

"Ermənistan AB ilə tərəfdaşlıq razılaşmasını imzalamaqdan imtina etdi. Bizlər təbii ki, bu qərara hörmət edirik".

100 alman firmasının Ermənistanda sərmayə qoyduğunu nəzərə çatdıran Nalbandyan isə Almaniyanın dəstəyinin ölkədəki investisiya şərtlərinin yaxşılaşdırılmasına müsbət təsir etdiyini deyib. Nalbandyan qeyd edib ki, AB ilə də iş birliyini inkişaf etdirmək istəyirlər, bunun üçün yeni yollar nəzərdən keçirilir.
1252 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02