Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Gülənin Bakıdakı qəzeti Ərdoğanı “vurdu”

«AKP Çanaqqala savaşından sonra başımıza gələn ən böyük fəlakətdir»

Bakıda nəşr olunan “Zaman Azərbaycan” qəzeti Türkiyənin AKP hökumətini və Ərdoğanı tənqid edib. Nurçulara yaxınlığıyla tanınan qəzetdə 1995-98-ci illər arasında Ərdoğanın müşaviri olan tədqiqatçı yazar Əli Bulaçdan müsahibə yayımlanıb.

O, müsahibəsində Türkiyənin ən böyük fəlakətlərindən birinin AKP olduğunu deyir: “Atatürk ilə dostlarının cümhuriyyəti bu şəkildə qurmalarının ən əsas səbəbi Çanaqqala zəfəridir. O savaşda 50 min islamçı öldü. Mədrəsədəki kitablarını tərk edib, cəbhədə şəhid oldular. Ehtiyatımız bitdi. AKP Çanaqqala savaşından sonra başımıza gələn ən böyük fəlakətdir. Intellektualların hamısını ”dövlətləşdirdi". Zehinlərini uyuşdurdu. Bunlar Əbu Hənifə yolunda, sivil olaraq mübarizələrinə davam etmək əvəzinə, dövlətin ideologiyasını istehsal edərək postkamalizmi var etdilər. Postkamalizmi hazırda islamçılar istehsal edirlər".

AKP-nin islamçı olduğunu qəbul etmədiyini deyən Əli Bulaçın fikrincə hökumət 2011-ci ildən sonra legitimliyini təmin etmək üçün dinin arqumentlərinə yapışdılar: “Halbuki hakimiyyətləri dövründə dinin əməli hissəsini zəiflətmişdilər. Bunlar islamçılığı tərk etmiş insanlardır. Amma bu da var ki, artıq Türkiyədə islami ənənədən gəlmiş bir partiyanın iqtidar olması çox çətindir...

“Yenidən regionun hakimi olacağıq” deyərkən, 3-cü körpünün adını da Yavuz Sultan Səlim qoydular. Irana “sənin önünü kəsəcəyik” mesajı verdilər. Kürdlərə “bizim təsərrüfatın eşikağası sənsən” deyirlər. Ərəblərə də “gəlirik. 400 illik Yavuz Sultan kimi hakimiyyət quracağıq” deyirlər. Amma bir tərəfdən də, “Türkiyə sürətlə dirçəlməlidir. Avropa bizə maneədir. Türkiyənin Çin kimi böyüməsi üçün avtoritar rejimə ehtiyac var. Onda Avropadan ayrılaq” dedilər.

AKP-nin gündəliyi ortaya çıxanda ərəb aydınları xəbərdarlıq etdilər: “Bunların niyyəti xarabdır. Osmanlı olmağa çalışırlar. Ərəblərin zehinlərində Osmanlıdan qalan ən son şey ”Ittihad və Tərəqqi"dir. Onlardan da ancaq zülm görüblər. Belə olduqda, “Niyə sənin hakimiyyətinə girək?” - dedilər. 300 milyon ərəb var. Say olaraq səndən çoxdurlar. Təbii sərvətlərə görə daha zəngindirlər. Islamiyyət orada zühur etmiş. Türkiyə hakimiyyətinin heç bir məntiqi yoxdur".
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın