Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Polis vəhhabiləri tuta bilmir?

Saatlı rayonunun Mustafabəyli kəndində dini zəmində qarşıdurma yaşanıb. Bu haqda Turan-a məlumatlı mənbə xəbər verib. Rayon mərkəzinə yaxın, 1500 nəfərə yaxın əhalisi olan bu kənddə hüzr məclisində ruhani Tahir Hacıyev vəhhabilik haqda tənqidi fikirlər söyləyib. Vəhhabilər T.Hacıyevin sözünü kəsərək onu təhqir ediblər, daha sonra isə T.Nuriyevə qarşı zorakılığa əl atıblar.

Hadisə ilə bağlı münaqişə tərəfləri polis şöbəsinə aparılıb, bir neçə saatdan sonra T.Nuriyev də, onu döyən vəhhabilər də sərbəst buraxılıblar. Bu münasibət kənd əhalisini qane etməyib, sakinlər həmin şəxslərin həbsini tələb edirlər. T.Nuriyevin haqqını müdafiə edən 800 nəfərə yaxın kənd sakini vəhabilərin həbsini tələb edir.

T.Nuriyevə zorakılıq edən şəxslər gizləniblər, elə bu səbəbdən də kənddə yerli əhali ilə vəhhabi təriqətindən olan şəxslər arasında gərginlik davam edir. Mənbə bu kənddə vəhabi təriqətindən olan 25-ə yaxın ailənin yaşadığını də nəzərə çatdırır. Mənbənin məlumatına görə, kənd sakinləri hələ neçə illər öncə rayon rəhbərliyinə kənddə vəhabiliyin yayılması haqda dəfələrlə xəbərdarlıq etsələr də rayon rəhbərliyi bu xəbərdarlığı ciddiyə almayıb.

Hüquq-mühafizə oqranlarının fiziki zorakılıq edən şəxslərin saxlanması ilə bağlı axtarışları hələ uğurla başa çatmayıb.
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06