Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Britaniya İranla diplomatik əlaqələri bərpa edir

Britaniyanın xarici işlər naziri Uilyam Heyq ölkəsinin İranla münasibətlərindən danışıb.

İyunun 17-də Britaniya parlamentində çıxış edən baş nazir deyib ki, o, iyunun 14-də İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə telefon söhbətində iki ölkə arasındakı münasibətləri müzakirə edib: “Hesab edirəm ki, hazırda Böyük Britaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etmək üçün münasib şərait yaranıb. İndi əlaqələrin bərpası üçün yaxşı zamandır. Böyük Britaniya ilkin mərhələdə Tehranda yığcam bir diplomatik nümayəndə heyəti saxlamağı qərara alıb”.

2011-ci il noyabrın 29-da Britaniyanın Tehran səfirliyi qarşısında aksiya keçirən tələbələr və “Bəsic” (könüllülər) üzvləri səfirlik binasını tutublar. Böyük Britaniyanın İran Mərkəzi Bankına sanksiya qoymasına etiraz bildirən tələbələr səfirlikdəki Böyük Britaniyanın bayrağını yandırıb yerinə İran bayrağı sancıblar, bir avtomobili və bəzi sənədləri yandırıblar, bəzi sənədləri özləri ilə aparıblar. Həmin vaxtdan Britaniya öz diplomatlarını İrandan çıxarıb və bu ölkə ilə əlaqələri dayandırıb.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...