Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

İraqda İŞİD silahlıları 40 nəfər Hindistan vətəndaşını girov götürüblər

İraqda 40 nəfər Hindistan vətəndaşı İŞİD silahlıları tərəfindən girov götürülüb.

"The Times of İndia" qəzetinin verdiyi məlumata görə, Mosul yaxınlığında girov götürülən hindistanlı fəhlələrlə əlaqə saxlamaq mümkün olmayıb.

"Cəhdlərimizə baxmayaraq hələ də onlarla əlaqə qura bilməmişik. Buna görə də hər hansı fərziyyə irəli sürə bilmərik”, - deyə Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Seyd Əkbəruiddin bildirib.

Hindistanın baş naziri Narendra Modi isə girov götürülmüş şəxslərin azad olunması üçün lazımi addımlar atmağa çağırıb./apa/
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP