Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2014

Türkiyənin sabiq prezidenti ömürlük azadlıqdan məhrum olunub

Türkiyədə 1980-ci ildə baş verən hərbi çevrilişin liderlərinin mühakiməsi başa çatıb.

Türkiyə mətbuatının xəbərinə görə, Ankara Ədliyyəsinin 10-cu Ağır Cəza Məhkəməsi 1980-ci il hərbi çevrilişinin təşkilatçılarından Baş Qərargah rəisi, çevrilişdən sonra prezident olmuş 97 yaşlı Kənan Evreni və Hərbi Hava Qüvvələrinin komandanı olmuş 89 yaşlı Tahsin Şahinkayanı dövlətə qarşı cinayətlərdə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib.

Bundan başqa, hər iki generalın hərbi rütbələrinin alınmasına qərar verilib. Kənan Evren və Tahsin Şahinkaya sağlıq durumlarındakı problemlərə görə məhkəmələrdə iştirak edə bilməyib. Onlar məhkəmə proseslərini səsli və görüntülü sistemlə xəstəxanadan izləyiblər.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi