Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Volqoqradda “Rus marşı”nın keçirilməsinə icazə verilib

Volqoqradda “Rus marşı”nın keçirilməsinə icazə verilib. APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, şəhər administrasiyası oktyabrın 29-da “Ruslar” ictimai birliyinə noyabrın 4-də şəhərin küçələrində yürüş keçirməsinə icazə verib.

Qeyd edək ki, Volqoqradda məlum terror aktı törədildikdən sonra elan olunan yüksək terror təhlükəsi rejimi noyabrın 5-dək davam etməlidir, lakin milliyyətçilər istənilən halda - yürüşün keçirilməsinə icazə verilməsə belə, marşın keçiriləcəyini bəyan etmişdilər.

Məlumata görə, marşın keçirilməsi üçün hakimiyyət aksiya iştirakçılarına xüsusi marşrut müəyyən edib.

“Rus marşı”nın təşkilatçılarının sözlərinə görə, aksiya zamanı hər-hansı xoşagəlməz insidentlərə yol verilməyəcək.

Qeyd edək ki, bu ilki “Rus marşı” “Biz rus torpağını rus xalqının gələcəyi və rus uşaqlarının gələcəyi naminə qoruyub saxlamalıyıq!” şüarı altında keçirilir. Marşın keçirilməsi Volqoqradda 6 nəfərin ölümü ilə nəticələnən terror aktına etiraz əlaməti olaraq təşkil olunur.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber