Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

Paytaxtda 55 yaşlı qadın küçədə ölüb

Bakının Nizami rayonunda 55 yaşlı qadın edə küçədəcə qəfildən dünyasını dəyişib.

Hadisə Qara Qarayev prospekti 96 ünvanında metronun "Neftçilər" stansiyasının yaxınlığında başverib. Şəki şəhər sakini Əbdürrəhimova Nərgiz Həbullah qızı kirayədə yaşadığı mənzilə gedən zaman halı pisləşib. Qadın yaşadığı binanın qarşısında yerə yıxılıb. Bina sakinləri 55 yaşlı qadına ilkin yardım göstərsələr də, Nərgiz Əbdürrəhimovanın vəziyyəti get-gedə pisləşdiyindən, təcili tibbi yardıma məlumat verilib. Lakin həkim briqadası gələnə qədər qadın dünyasını dəyişib. Hadisə yerində təcili tibb yardım stansiyasının həkimləri ilə mərhumun qohumları arasında qarşıdurma yaranıb.

Nizami Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları da hadisə yerində araşdırma aparıblar. Şahidlərin və dünyasını dəyişən qadının yaxınlarının ifadələri alınıb. İlkin araşdırma nəticəsində məlum olub ki, Nərgiz Əbdürrəhimova bir müddətdir "8-ci kilometr bazarı"nda ticarətlə məşğul olurmuş. Hadisədən bir neçə gün əvvəl isə, o, ürək ağrılarından şikayət ediyinə görə həkimə müraciət edib. Qadının məhz ürəyindəki problemlər üzündən dünyasını dəyişdiyi ehtimal olunur.

Hadisə yerində aparılan araşdırmadan sonra isə meyit daxili müayinə üçün ekspertizaya aparılıb. Ölümün dəqiq səbəbi Nizami rayon Prokurorluğundakı araşdırmalardan sonra məlum olacaq./apa/
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu