Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2014

İraq İŞİD-ə müdaxilə etməsi üçün ABŞ-a müraciət edib

Bu barədə ölkənin xarici işlər naziri Xoşyar Zəbari açıqlama verib

İraq hökuməti Amerika Birləşmiş Ştatlarına İŞİD silahlılarına hərbi müdaxilə etməsi üçün rəsmi müraciət edib. Bu barədə ölkənin xarici işlər naziri Xoşyar Zəbari açıqlama verib.

Zəbari ölkədəki gərgin vəziyyətlə əlaqədar ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə Zəbari İraqı parçalamağa çalışan qüvvələrə qarşı mübarizədə ərəb ölkələrinin dəstək göstərməsini istəyib.

"Əlbəttə, hökumətin əsas prioriteti strateji mövqelərə qarşı edilən hücumların qarşısını almaq və əks-hücum etmək üçün vaxt qazanmaqdan ibarətdir. Hökumət silahlıların mövqelərinə aviazərbələr endirməsi üçün Amerika Birləşmiş Ştatlarına müraciət edib. Bu, müraciət İraqla Amerika arasında əldə olunan strateji əməkdaşlıq razılaşmasına əsasən edilib".

Zəbari etiraf edib ki, hərbi əməliyyatlar məsələnin yeganə həll yolu deyil. Onun sözlərinə görə, hökumət daha radikal və siyasi qərarlar qəbul etməklə problemlərin həllinə çalışmalıdır.

Amerika Birləşmiş Ştatlarının isə, İraqa hərbi müdaxilə edəcəyi real görünmür. Ölkənin müdafiə naziri Çak Heyqelin açıqlamaları belə deməyə əsas verir.

"Biz İraq üçün əlimizdən gələni etmişik. Ölkədəki zorakılıqların qarşısını almaq məsuliyyəti İraq xalqının üzərinə düşür. İraqlılar özləri öz ölkələrini idarə etmək istəyirdilər. Buna görə Amerikanı günahlandırmaq doğru deyil." 

ABŞ dövlət departamentinin məbuat katibi Cen Saki Amerika hökumətinin məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində münasibət göstərəcəyini bildirib./ans/
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat